12 марта 2016 года Светлана Лобода даст концерт в Buta Palace...
ƏTRAFLI3 aprel 2015-ci il tarixində Buta Palasda İvan Dornun konserti...
ƏTRAFLIRusiya şou-biznesinin ən populyar ifaçısı, uğur qazanmış bizne...
ƏTRAFLI8 noyabr Chopard zərgərlik evinin baş direktoru Kerolayn Şoyfel və məşhur isveç brendinin Bakı həvəskarları fərəhlə Buta Palace-ın girişində sərilmiş qırmızı xalçanın üzərindən Buta palace-ın möhtəşəm bəzədilmiş zalına daxil oldular. Yeni Chopard butikinin açılışına həsr olunmuş axşam qonaqların əsraraəngiz libasları , mükəmməl makiyajları və təkrarolunmaz obrazları ilə göz qamaşdırırdı. Bu axşamın xüsusi bayram abu havasını foyedə quraşdırılan məşhur dünya ulduzlarının Chopard zinət əşyalarında olan portretləri vurğulayırdı.
Gecənin dəyərli qonaqları zala daxil olduqda Chopard brilyantlarının gözqamaşdırcı parıltısı və zinət əşylarının mükəmməl hamar formalarını aydın şəkildə tanış ola bildilər.
Xanım Kerolayn Şoyfel və məşhur dünya modeli Petra Nemtsova qonaqları fotosend ətrafında qonaqları qarşılayaraq, onlarla birgə çəkilən fotolara xatirə imzalarını həkk edirdilər.
Tədbirin rəsmi hissəsi xanım Kerolayn Şoyfelin çıxışı ilə başladı.Xanım Şoyfel bütün qonaqları salamlayıb onlara maraqlı bir axşam kecirməyi aruzladı və əlavə etdi ki, tədbirdə iştrak edən bütün qonaqlar 13 noyabr tarixində Chopard bütikində keçiriləcək lotereyada eyni adlı brendin əsrarəngiz sırğalarını qazana bilərlər.
Xanım Şoyfelin çıxışından sonra səhnədə gözqamaşdırıcı dəfilə başladı.Sergey Naqornı studiyasının gözəl modelləri nəcib Chopard zinət əşyalarını nümayiş etdilər. Nümayiş olunan cəvahiratlar yüksək zərgərlik incəsənəti, məhdud eksklüziv kolleksiya və Kann kinofestivalına özəlliklə hazırlanan kolleksiyalardan idi ki, məhz bu dəfilə üçün Bakıya gətizdirilmişdir. Modellərin valehedici görüntüləri Aldo Coppola stilistləri tərəfindən ərsiyəyə gətirilmişdir.
Məftunedici dəfilədən sonra isə səhnədə əsl ulduz yağışı baş verdi. Dəyərli qonaqlar 1 saat ərzində Kayli Minoq, Tina Törner və bu kimi digər məşhur ulduzların çıxışının şahidi oldular.
YENİLİKLƏR
FACEBOOK LENTİ
FACEBOOK SƏHİFƏYƏ KEÇMƏKINSTAGRAM LENTİ
INSTAGRAM PROFİLƏ KEÇMƏK
SON XƏBƏRLƏR
30.05.2014 10:00
...
ƏTRAFLI27.05.2014 12:30
İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbulda iştirak etmişdir.Prezident İlham Əliyev və xanımı Mehr...
ƏTRAFLI