12 марта 2016 года Светлана Лобода даст концерт в Buta Palace...
ƏTRAFLI3 aprel 2015-ci il tarixində Buta Palasda İvan Dornun konserti...
ƏTRAFLIRusiya şou-biznesinin ən populyar ifaçısı, uğur qazanmış bizne...
ƏTRAFLIXanımlar və cənablar!
Harmonic Vision təqdim edir: Armada Night indi Azərbaycanda! Armada Music yaradıcılarından biri Armin Van Buuren olan nəhəng elektron musiqi leyblıdır. 2009-cu ildən başlayaraq Armada 5 il ardıcıl olaraq Mayamidə keçirilən International Dance Music Awards mərasiminin ‘Best Global Dance Label’ titulunun qazanır. Leyblın adı altında W&W, Aly&Fila, Cosmic Gate və əlbəttə ki, Armin kimi elektron musiqi dünyasının ən istedadlı adları birləşir.
Armada Night hər il Los-Anceles və Buenos-Ayresdən Sidney və Honkonqa qədər yeni-yeni ərazilər fəth edir. İndi isə bizim şəhərimizə gəlib çıxıb!
Bakıda ilk dəfə Armada Night 31 yanvar Buta Palace-da keçiriləcək.
Line up:
Kamil Esten (Remiksi Armin van Buren tərəfindən onun A State Of Trance radioşousunda dəstəklənən, Azərbaycandan yeganə prodüserdir)
Maksim Tsurkov (Treki bilavasitə Armada Music-də buraxılan Azərbaycandan yeganə prodüserdir)
Arisen Flame (Trekləri A State of Trance leyblında buraxılan və eyni adlı radioşouda mütəmadi olaraq səsləndirilən Polşadan olan prodüser. Fevralda A State Of Trance 650 mərasimində Arisen Flame layn-apın bir hissəsi olacaq)
Alexander Popov(official) (Dünyada tanınan Rusiya Dj-lərindən biri. Armada Music Holland rekord leyblının ən nəhəng artisti. Son iki il artistin karyerasında xüsusilə məhsuldar olub. O, iki kompilyasiya buraxıb, bir neçə video klip çəkdirib və pərəstişkarlarını "Personal Way" debüt albomu ilə sevindirib)
Andrew Rayel (Klassik musiqi təhsili olan 20 yaşlı Moldovalı prodüser. Armin van Buren onun yaradıcılığına heyrandır və demək olar ki, həmişə Andrew-nin treklərini ifa edir. Onun treklərində transın müxtəlif üslublarının çalarları var. O, hər dəfə nəisə yenilik təklif etməyə çalışır. 2013-cü ildə o, dünyanın ən yaxşı 100 Dj-i siyahısında 28-ci yeri tutub).
Biletlərin qiyməti: 40 AZN (Standart), 100 AZN (VIP)
Biletləri əldə etmək olar:
www.citylife.az
Bellissimo və Megapolis Club mağazaları
Biletlərin şəhərin kassalarından əldə etmək olar.
Tədbirin sponsorları:
Caspian Mobile
İnformasiya partnyorları:
106FM, Friday.az
Diqqət: Yaşı 18-dən az olan şəxslərə giriş qadağandır.
Əlaqə nömrələri:
(050) 576 81 76
(070) 385 33 55
(050) 543 30 34
YENİLİKLƏR
FACEBOOK LENTİ
FACEBOOK SƏHİFƏYƏ KEÇMƏKINSTAGRAM LENTİ
INSTAGRAM PROFİLƏ KEÇMƏK
SON XƏBƏRLƏR
30.05.2014 10:00
...
ƏTRAFLI27.05.2014 12:30
İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbulda iştirak etmişdir.Prezident İlham Əliyev və xanımı Mehr...
ƏTRAFLI