12 марта 2016 года Светлана Лобода даст концерт в Buta Palace...
ƏTRAFLI3 aprel 2015-ci il tarixində Buta Palasda İvan Dornun konserti...
ƏTRAFLIRusiya şou-biznesinin ən populyar ifaçısı, uğur qazanmış bizne...
ƏTRAFLI“Buta” sanskrit dilində “od” (bute – puta – buta) deməkdir. Məlumdur ki, qədim zamnlarda Azərbaycanda zərdüştlük inkişaf etmişdir. Və bizim sevdiyimiz buta zərdüştlüyün mürəkkəb rəmzi mənasında simvollardan biridir. Odun rəmzidir.
Qədim atəşpərəstlik məbədlərində və o dövrlərin məişət əşyalarının üzərində də buta naxışları əks olunmuşdur. Buta hər yerdə var. Buta təsvirinə Hindistan hamamlarında, İran metal məmulatlarının dekorunda və parça rəsmlərində, Azərbaycan xalçalarının naxışlarında rast gəlinir. Yaxın Şərq və Orta Asiya ölkələrinin dekorativ-tətbiqi və zərgərlik incəsənətində, uzun müddət dini zərdüştlük olan ölkələrin incəsənətində buta naxışları əks olunmuşdur.
İllər keçdi, lakin Azərbaycanda digər din və əqidələrin yaranması (əvvəl manixeya xristianlığı, buddizm, ellinizm, sonra isə möhkəm kök salmış İslam dini) belə zərdüştlüyün əsas rəmzi olan butaya qarşı incə münasibəti dəyişmədi. Buta keçmiş atəşpərəstlərin həm həyatında, həm də mədəniyyətində xüsusi totem olaraq qaldı. Uzun müddət bir çox dövlətlərin gerbində (hələ də Bakının gerbində qaldığı kimi), o zamanların rəsmi poçtunun ştamplandığı möhürlərində qalmışdır.
Buta təsvirləri hərbiçilərdə xüsusi fərqlənmə nişanı idi. “Ciqa-buta” və “man-buta” şahların taclarını, böyük sərkərdələrin baş geyimlərini bəzəyirdi. Ehtimal olunur ki, buta təsvirlərindəki belə müxtəliflik həm də sehrli məna daşıyırdı. “Ciqa-buta” mərdliyin, cəsurluğun, şərəf və şücaətin, “Man-buta” vicdan və ləyaqətin, gözəlliyin rəmzi idi.
Ənənəyə əsasən butanın pis ruhlardan və bədnəzərdən saxlayan ovsun xüsusiyyətləri olması qeyd olunurdu. Buna görə də keçmiş atəşpərəstlərin evləri üzərində buta təsviri olan xalça və məişət əşyaları ilə bəzədilirdi. Bəy və gəlinin toy libasında butanın olması isə mütləq idi.
Uzun müddət ərzində buta həmin unudulmuş dinin keçmiş davamçılarının şüurunda ovsun rəmzinin elementi olaraq qalmışdı. Axı ovsunçuluq bu qədim dinin əsası idi.
Lakin, bir qədər sonra zərdüştlüyün rəmz və mərasimləri haqqında bütün təsəvvürlər nəsillərin yaddaşından demək olar ki, silindikdən sonra bütün bu təsvirlər öz ilkin mənasını itirərək sadəcə bəzək elementlərinə çevrildilər.
Çox vaxt azərbaycanlıların əksəriyyəti özləri də bilmədən Ahura Mazdanın səcdəgahına “üzərlik”, “atıl-batıl”, duz kimi qurbanlarını gətirirlər. Çoxumuzun alternativ tibb kimi baxdığımız “çıldağ” mərasiminin özü əslində qədim atəşpərəstlik ovsunudur.
Zərdüştlüyün mahiyyətinin ifadəsi kimi uzaq atəşpərəstlik dövrlərindən bizə gəlib çatan və nəticədə dekor elementi olaraq qalan buta özünün alovlu təsirini bütün şərq mədəniyyətlərinə göstərmişdir. Buta memarlıq və dekorativ-tətbiqi incəsənətdə xüsusi “butaformalı” şərq nümunələrinin yaranması üçün model, etalon oldu. Şərq binalarının günbəzləri, şərq məişət əşyaları – qab-qacaq, gülab suyu üçün səhənglər, baş geyimlərindən çalma, ayaqqabılar arasında çarıqlar və s. və i. formasına görə butanı xatırladırlar.
Bakı və onun ətrafında buta müxtəlif cür təsvir olunurdu. Butanın Muğan-buta, Bakı-buta, Hilə-buta, Şirvan-buta kimi müxtəlif bədii formaları var. Və bunun sayəsində sənətşünaslar və mədəniyyətşünaslar bu gün bu və ya digər xalçanın harada tikildiyini, yaxud hər hansısa bir əşyanın hansı bölgəyə aid olduğunu dəqiq müəyyən edə bilirlər. Qədim zamanlardan Şərqdə gözəl olan hər şeyi “buta” anlayışı ilə eyniləşdirirlər. Xalq arasında “Onun üzərində buta təsviri var”, “Ona qızılı və ya badamı buta bəzək verir” kimi ifadələr yayılmışdır. Butanın xatırlanması üstüörtülü şəkildə bizə buta ilə bəzənmiş hər kəsin nə qədər mənən zəngin və əxlaqlı, deməli gözəl olduğundan xəbər verir.
YENİLİKLƏR
FACEBOOK LENTİ
FACEBOOK SƏHİFƏYƏ KEÇMƏKINSTAGRAM LENTİ
INSTAGRAM PROFİLƏ KEÇMƏK
SON XƏBƏRLƏR
30.05.2014 10:00
...
ƏTRAFLI27.05.2014 12:30
İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbulda iştirak etmişdir.Prezident İlham Əliyev və xanımı Mehr...
ƏTRAFLI