"Buta Palace" - mümkünsüzlüyün hüdudunda mümkünlük...Created by fizuli movlamov

"Buta Palace" - mümkünsüzlüyün hüdudunda mümkünlük...
Butapalese
Təsviri

Keçmişlə gələcəyin kəsişdiyi, xatirəmizdə tariximizin şanlı səhifələrinin canlandığı, gələcəkdə gözəl perspektivlərin açıldığı və bütün sadalananların gözümüzü çəkə bilməyəcəyimiz bir təsvir yaratdığı yer var. Bu yer Premium klass konsert-banket kompleksi “Buta Palas” adlanır.

“Buta Palas” intensiv olaraq gözəlləşən paytaxtımızın müasir standartlara cavab verən qədim irs adasıdır. Kompleks sanki paytaxt “üzüyü”nün qaşıdır. Bura hiss və düşüncələrin kəsişdiyi, incə zövq və nəfis duyğuların kəsişdiyi bir məkandır. Bura insanların sanki gözəgörünməz bir bağla bağlandıqları, təkrar-təkrar qayıtdıqları sehrli bir aləmdir. “Buta Palas” müştərinin istənilən arzusunun reallığa çevrildiyi, nağılın ən parlaq təzahürlərlə həyatla təcəssüm etdiyi bir yerdir.

“Buta Palas” yeni texnologiyalar sayəsində tikilmiş, antik dövr görünüşünü canlandıran unikal kompleksdir. İki gözəl zaldan ibarətdir.

BÖYÜK ZAL

Qədim “Karvan Saray” üslubunda qurulmuş və ən son texnika ilə təchiz edilmiş incəsənət əsəridir. Ən son səs və işıq avadanlıqlarından savayı zal böyük paytaxt səhnəsini geridə qoyan gözəl səhnə ilə təchiz olunub. Səhnə yığılıb-açılır, ona istənilən forma və ölçünü vermək olur. Mərasimin format və üslubundan asılı olaraq zala 2000 qonaq dəvət etmək olar. Zalın ölçüsü 1572,65 m2-dir.

KİÇİK ZAL

Kiçik zalın tutumu üslubundan asılı olaraq 400 min nəfərə kimidir. Zal yüksək səviyyədə konfrans və təqdimat mərasimlərinin keçirilməsi üçün çox əlverişlidir. Zalın ölçüsü 652,95 m2-dir.

SƏHNƏ

Böyük zalın şəhərin digər zal və xollardan əsas fərqli cəhətlərindən biri səhnədir. Kompleksin və Art şöbənin fəxri olan səhnə paytaxtın ən yaxşı teatr səhnələrindən biridir. Nəinki Azərbaycanda, həm də bütün Qafqazyanı ərazidə olan meydançalar “Buta Palace” səhnəsinin texniki təchizatı səviyyəsində ola bilərlər. Səhnə konstruktor formasındadır ki, bu da onu istənilən formata (istər gözəl moda nümayişi, istər də dünya ulduzunun konserti və ya təqdimat olsun) uyğun quraşdırmağa imkan verir.